ABŞ Litvanın hava məkanının pozulması faktına görə Minskin üzr istəməsində israrlıdır.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.
Lukaşenko vurğulayıb ki, hava məkanının pozulmasına görə o, nə özünü, nə də Belarusu günahkar saymır.
"Amerikalılar bizə mesaj göndərdilər ki, bu hadisədə belaruslar günahkardır və həm hakimiyyət, həm də Lukaşenko dərhal Litvadan üzr istəməlidirlər", - Lukaşenko Vitebsk vilayətinə işgüzar səfəri zamanı deyib.
Lukaşenko Belarusun yalnız günahı sübuta yetirildiyi təqdirdə üzr istəməyə hazır olduğunu bildirib.
Oktyabrın 29-da Litva Belarusla sərhəddə avtomobillərin keçməsinə bir aylıq qadağa qoyub. Qadağa Belarusdan Litvaya siqaret qaçaqmalçılığı üçün istifadə edilən meteoroloji balonların hava məkanını pozması ilə bağlı olub