AZ

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir - Hikmət Hacıyev

Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-yə səfəri əsnasında ABŞ-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlaqədər ABŞ ilə Azərbaycan arasında anlaşma memorandumu imzalanıb.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Baku TV"yə müsahibəsində deyib.

H.Hacıyev qeyd edib ki, bu anlaşma memorandumunun şərtlərindən biri iki ölkə arasında işçi qrupunun yaradılması və bu işçi qrupunun strateji tərəfdaşlıq gündəliyi ilə və strateji tərəfdaşlıq əlaqələrinin mahiyyəti üzrə təkliflər hazırlamasından ibarətdir:

"ABŞ Dövlət Departamentinin verdiyi açıqlamanın mahiyyəti ondan ibarətdir ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ilə əlaqədər işçi qrupu yaradılıb. Aidiyyəti qrup Azərbaycanda da mövcuddur. Azərbaycanın müvafiq təklifləri ABŞ-yə təqdim olunub. Anlaşma memorandumunda qeyd olunduğu kimi, ABŞ ilə Azərbaycan arasında enerji, nəqliyyat, süni intellekt, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər sahələri özündə ehtiva edən strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir".

Seçilən
13
18
aznews.az

10Mənbələr