Əfsanəvi amerikalı döyüşçü Con Cons UFC prezidenti Dana Uayta müraciət edərək onu Ağ Evdə keçiriləcək UFC turnirinin iştirakçı siyahısına salmağı xahiş edib.
Publika.az xəbər verir ki, Döyüş gecəsi ABŞ prezidentinin iqamətgahında ilk dəfə olaraq 2026-cı ilin iyununda – Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə baş tutacaq.
“Dana, qardaşım, xahiş edirəm! Mən məşq edirəm, əla hiss edirəm, sağlamam. Amerika adından çıxış etmək və özümün ən yaxşı tərəfimi göstərmək böyük şərəf olardı”, – Cons “The Schmo”ya müsahibəsində deyib.
Dana Uayt daha əvvəl mətbuata açıqlamasında əfsanəvi döyüşçüyə etibar etmədiyini və buna görə onun Ağ Evdə döyüşməyəcəyini bildirib.