Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstanarasında ticarət əməliyyatlarının həcmi 624 milyon ABŞ dollarıtəşkil edib.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumatverilib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə51,7 milyon ABŞ dolları və ya 9 faiz çoxdur.
Bu il Azərbaycan Gürcüstana 495,5 milyon dollar dəyərində məhsulixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 milyondollar və ya 2 faiz artım deməkdir.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarındaGürcüstandan Azərbaycana 128,5 milyon ABŞ dolları dəyərində idxaləməliyyatları həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 42,8 milyon ABŞ dolları və ya 49,9 faiz artımdeməkdir.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayındaAzərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərindəticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faiz artımdeməkdir.
Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dollarıtəşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248milyard dollar (və ya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyarddollar (və ya 14,5 faiz) artıb.
Nəticədə xarici ticarətdə 1,837 milyard ABŞ dolları məbləğindəmüsbət saldo yaranıb. Bu, əvvəlki illə müqayisədə 3,374 milyarddollar və ya 2,8 dəfə azdır.