AZ

Bərəkətsiz torpaqlarda belə bitir – Hər ağacdan 25 kilo məhsul alınır

Türkiyədə kiçik torpaq sahələrini dəyərləndirmək istəyən fermerlər son illərdə "ölümsüzlük meyvəsi" kimi tanınan xurma yetişdirilməsinə üstünlük verməyə başlayıblar. Vətəni Çin olan və təxminən 4 min ildir becərilən bu bitki, aşağı baxım xərcləri və yüksək gəlir potensialı ilə diqqət çəkir.

Milli.Az xəbər verir ki, çəltik, günəbaxan, buğda və kanola istehsalının geniş yayıldığı Edirnə bölgəsində, meşəlik və münbit torpaqları dəyərləndirmək istəyən fermerlər xurma əkərək əlavə qazanc əldə edirlər.

Bağlarda hər ting təxminən 5 metrlik məsafə ilə əkilir və bitkilər ikinci ildən məhsul verməyə başlayır. Yetkin bir ağacdan təxminən 25 kilo, bir dekar sahədən isə 1 tona yaxın məhsul götürmək mümkündür.

Xurma bərəkətsiz və quraq torpaqlarda belə rahatlıqla yetişir, həmçinin xəstəlik və zərərvericilərə qarşı dözümlülüyü ilə seçilir. Az budama və gübrə tələbatı, həmçinin aşağı işçilik xərcləri fermerlər üçün böyük üstünlükdür.

Hazırda Edirnə bölgəsində xurma istehsal sahəsi 100 hektarı keçib.

Edirnə Kənd Təsərrüfatı və Meşə İdarəsinin müdiri İslam Köse bildirib: 

Köse əlavə edib ki, xurma həm antioksidant xüsusiyyətlərinə, həm də yüksək qida dəyərinə görə sağlamlıq baxımından çox faydalıdır:

"Ürək və həzm sistemi xəstəliklərinə yaxşı təsir göstərir. Kiçik torpaqlarda asan becərilir, az su tələb edir və hər dekardan 70-80 min lirəyə qədər gəlir əldə etmək mümkündür."

Edirnəli fermer Ahmet Gündüz deyib:

"Xurma digər meyvələrə nisbətən az qulluq tələb edir. Gec çiçəkləndiyi üçün şaxtadan təsirlənmir. Bu il bir çox meyvə ağacı zərər gördü, amma xurma təsirlənmədi."

Çin mənşəli xurma "ölümsüzlük meyvəsi" kimi tanınır və 56 növ, 900-dən çox alt növə malikdir. Bu bitki Türkiyədən başqa Rusiya, Hindistan, Yaxın Şərq, Cənubi Avropa və Şimali Afrikada da yetişdirilir.

Tərkibində C vitamini, B1, B2, B6 vitaminləri, minerallar və orqanik birləşmələr olduqca bol miqdarda mövcuddur.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
6
2
milli.az

10Mənbələr