AZ

Rusiya Cənubi Qafqazda “geosiyasi çəkisini” itirir: Moskvanın planları dağılır - “Nezıqar”ın sensasion təhlili

Musavat.com xəbər verir ki, Rusiyanın daxili analitik mənbələrindən sayılan "Nezıqar" Teleqram kanalı Kreml daxilində ciddi narahatlıq doğuran yeni tendensiyadan yazıb.

Məlumata görə, Rusiya Prezident Administrasiyasının nəzdində yaradılan və Vadim Titovun rəhbərlik etdiyi strateji tərəfdaşlıq idarəsi təkcə postsovet məkanını deyil, həm də Afrikanı, Mərkəzi Asiyanı və "Rus dünyasının" qeyri-dost ölkələrdə təbliğini nəzarətdə saxlamaq üçün formalaşdırılıb.

Lakin mənbəyə görə, Moskvanın Cənubi Qafqaz siyasəti artıq uğursuz sayılır - Kreml bu regionda həm təsir dairəsini, həm də ideoloji dayaqlarını itirmək üzrədir.

Gürcüstan: Moskvanın xətti iflasa uğrayıb

"Nezıqar" yazır ki, Moskva Tiflisdə Abxaziya və Cənubi Osetiyanın Gürcüstan tərkibinə inteqrasiyası fonunda prorus siyasi xətt qurmaq istədi, amma nəticə əksinə oldu. 

İvanişvili hakimiyyəti Rusiya maliyyəsindən tam asılı vəziyyətdə qalıb, lakin vəsait axını dayanıb. Çin investisiyalarının gələcəyi də gözlənilmir.
Analitiklərə görə, Gürcüstan yaxın aylarda yenidən Avropa İttifaqı istiqamətinə dönüş edə bilər.

Azərbaycan: Moskva dayaqlarını itirir

Kanalın məlumatına görə, Rusiyanın Azərbaycandakı təsiri son illərin ən aşağı səviyyəsinə düşüb.

Hakimiyyət rus yönlü şəxsləri və elitaları sistematik şəkildə kənarlaşdırır, bu zaman Türkiyə xüsusi xidmət orqanları bölgədə öz informasiya və strateji mövqelərini gücləndirir. 

Mənbə qeyd edir ki, Bakı artıq təkqütblü siyasət modelindən imtina edərək balanslı, milli maraqlara əsaslanan istiqaməti qoruyur.

Ermənistan: Moskva planı yoxdur, Paşinyan Qərbə yönəlir

"Nezıqar" yazır ki, Kremlin İrəvanla bağlı vahid strategiyası yoxdur.

Paşinyan hökuməti Türkiyə və ABŞ-la əməkdaşlığı dərinləşdirir, bu isə Moskvanın bölgədəki mövqelərini tam zəiflədir.

Mənbə qeyd edir ki, Ermənistan indi Rusiya orbitindən uzaqlaşmaq üçün "taktik" deyil, davamlı kurs götürüb.

Yeni geosiyasi xəritə formalaşır

Analitik kanala görə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistan arasında yaranan regional ittifaqlar Rusiyanın maraqları üçün tam yeni reallıq yaradır.

Bu, Türk Dövlətləri Təşkilatının (TDT) ətrafında formalaşan yeni güc mərkəzidir və Moskvanın Cənubi Qafqazda "söz sahibi" olma imkanlarını azaldır.

Nəticə olaraq, "Nezıqar" bildirir ki, Rusiya artıq Cənubi Qafqazda nə hərbi, nə maliyyə, nə də ideoloji baxımdan öncül rol oynaya bilmir.
Kremlin strategiyası tənəzzülə uğrayıb; Azərbaycan, Türkiyə və Qərb regionda yeni nizamın memarına çevrilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
1
olaylar.az

10Mənbələr