AZ

NASA Kim Kardaşyanın Aya eniş edilmədiyi ilə bağlı iddialarını təkzib edir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NASA administratoru vəzifəsini icra edən və ABŞ Nəqliyyat Katibi Şon Daffi, realiti-şou ulduzu Kim Kardaşyanın Amerika astronavtlarının heç vaxt Aya enmədiyi iddiasını təkzib edərək, ABŞ-ın bunu altı dəfə etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, "Keeping Up With the Kardashians" verilişinin son bölümündə Kardaşyan 1969-cu il Apollo 11 missiyasının həqiqiliyini şübhə altına alaraq: "Bundan sonra olar yəqin ki, mənim dəli olduğumu deyəcəklər, amma "TikTok"a daxil olun. Özünüz baxın. Ayda cazibə qüvvəsi yoxdur. Bayraq niyə dalğalanır?", - deyə qeyd edib.

Amerikanın "X" sosial media platformasında paylaşılan paylaşıma cavab olaraq Daffi yazıb: "Biz artıq Aya... altı dəfə enmişik!" O, əlavə edib ki, NASA-nın Artemis proqramı "Prezident Donald Trampın rəhbərliyi altında" astronavtları Ay səthinə göndərməyə hazırlaşır.

Daffi paylaşımını: "Biz son kosmik yarışda qalib gəldik və bu yarışda da qalib gələcəyik",  sözləri ilə yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr