Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri barədə paylaşım edib.
Editor.az xəbər verir ki, paylaşımda qeyd olunub:
“Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri. Bu dəfəki təyinat nöqtələri Zəngəzur dəhlizi boyunca Cəbrayıl və Zəngilan oldu”.