AZ

ÇL: Araz Naxçıvan qrup liderliyi uğrunda həlledici matça çıxır

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün son sınağına çıxacaq. 

Fanat.Az xəbər verir ki, təmsilçimiz qrupda həlledici matçını Niderland çempionu "Tigers Roermond"a qarşı keçirəcək. 

Sözügedən komanda ilk iki oyunda maksimum xal toplayaraq qrup lideridir. "Araz-Naxçıvan" isə 4 xalla 2-ci pillədə qərarlaşıb. Başqa sözlə, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda 1/8 final mərhələsinə qrup lideri kimi adlamaq üçün qalib gəlməlidir.

Qeyd edək ki, bu qrupun oyunları Rumıniyada keçirilir.

UEFA Çempionlar Liqası

7-ci qrup

1 noyabr

18:00. "Tigers Roermond" (Niderland) – "Araz-Naxçıvan"

Hakimlər: Viktor Şix (Fransa), Aslan Qalayev (Qazaxıstan), İrmantas Kaprasovasa (Litva).

Hakim-inspektor: Neboyşa Paniç (Serbiya).

UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro).

Qalati. "Sala Sporturilor Dunarea".

 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
fanat.az

2Mənbələr