AZ

Tramp Putini YANLIŞ ANLADI - Nüvə sınaqlarına başlamaq ƏMRİ VERDİ

ABŞ prezidenti Donald Trampın “nüvə sınaqlarının dərhal başlanacağı” barədə açıqlaması əslində yanlış anlaşılmadan qaynaqlanıb.

Paralel.az xəbər verir ki , bu barədə Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Almaniya ordusunun generalı Klaus Vittan bildirib.

Generalın sözlərinə görə, məsələ Trampın Rusiya prezidenti Vladimir Putinin bəyanatını düzgün anlamaması ilə bağlıdır:

“Bu, sadəcə bir anlaşılmazlıqdır, çünki Putin nüvə sınağından deyil, daşıyıcı raketin sınağından danışırdı,” – deyə Vittan izah edib.

Onun fikrincə, Trampın bəyanatı eyni zamanda silahlara nəzarət danışıqlarının bərpasına doğru addım kimi də qiymətləndirilə bilər:

“Bəlkə də bu, Moskva ilə əvvəlki sazişlərə əsaslanaraq silahlara nəzarət üzrə danışıqlara qayıdış üçün yeni bir yanaşmadır,” – deyə alman generalı vurğulayıb.

Xatırladaq ki, Donald Tramp oktaybrın 30-da ABŞ ordusuna dərhal nüvə sınaqlarına başlamağı əmr edib.

Seçilən
8
1
paralel.az

2Mənbələr