AZ

UniDestin Təhsil Mərkəzində ödənişsiz ingilis dili səviyyə imtahanı baş tutacaq

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bakıda fəaliyyət göstərən "UniDestin" Təhsil Mərkəzi 3-7 noyabr tarixlərində ingilis dili biliklərinin qiymətləndirilməsi məqsədilə ödənişsiz səviyyə imtahanı təşkil edəcək.

Oxu.Az xəbər verir ki, imtahanlar saat 11:00, 12:00, 15:00 və 16:00-da baş tutacaq.

İmtahan CEFR standartlarına uyğun olaraq hazırlanıb və iştirakçıların dil bacarıqlarının dəqiq ölçülməsini təmin edəcək.

İştirakçılar cəmi 60 dəqiqə ərzində ingilis dili səviyyələrini (A1-C1) müəyyən edə biləcəklər.

Nəticələr imtahan bitdikdən dərhal sonra təqdim ediləcək.

Nəticəyə əsasən B1 və daha yüksək (B1+) nəticə göstərən iştirakçılara sertifikat təqdim ediləcək.

Bu sertifikat təhsil, iş müraciətləri və CV-lər üçün əlavə üstünlük deməkdir.

Bundan başqa yalnız noyabrın 5-də xüsusi "speaking" bacarıqlarının yoxlanılması imkanı təqdim ediləcək.

Həmin gün saat 11:00, 14:00 və 15:00-da keçiriləcək "speaking" yoxlanışı təcrübəli müəllim tərəfindən üz-üzə və əyani şəkildə aparılacaq.

Yerlər məhdud olduğundan bu imkandan yararlanmaq istəyən iştirakçılardan öncədən əlaqə saxlayaraq qeydiyyatdan keçmək və öz vaxtını seçmək tələb olunur.

İmtahanların üstünlükləri:

- CEFR standartlarına uyğun qiymətləndirmə

- 60 dəqiqəlik test və dərhal nəticə

- "B1+" nəticə üçün rəsmi sertifikat

- Təcrübəli müəllimlə əyani "speaking" yoxlanışı (yalnız 5 noyabr)

- Şəxsi dil inkişaf planının hazırlanması

"UniDestin" Təhsil Mərkəzinin bu təşəbbüsü ilə siz ingilis dili səviyyənizi obyektiv ölçmək imkanı qazanacaqsınız.

Ünvan: 203 Nizami St, Baku (AF Business House, 4th floor)

Əlaqə: +994 50 836 44 99 / +994 55 848 03 09

"Instagram": unidestin

"Facebook": unidestin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
4
oxu.az

5Mənbələr