AZ

"Crossmedia.az" saytının 1 yaşı tamam olur

Crossmedia.az Analitik İnformasiya Portalının bir yaşı tamam olur. 2024-ci noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilərək informasiya məkanında yer tutmağa nail olub.Metbuat.az xəbər verir ki, Crossmedia.az fəaliyyətə başladığı gündən etibarən dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını, fərman və sərəncamlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı "Prezident gündəliyi" bölməsi xüsusi qeyd edilməlidir. Sayt Prezident İlham Əliyevin çıxışlarındakı məqamları, tezis xarakterli fikirlərin geniş təhlilini və araşdırmasını təqdim edir. Ölkə başçısının verdiyi açıqlamalar və onların cəmiyyətə düzgün, obyektiv şəkildə çatdırmaq saytın əsas istiqamətlərindən biridir. Qalib xalqın müzəffər Ali Baş komandanı İlham Əliyevin Vətən mühraibəsində qalibiyyətdən sonra regionda və dünyada yaratdığı reallığı düzgün şəkildə təqdim etmək saytın əsas prioritetlərindəndir. Bu fəaliyyət Crossmedia.az-ı təkcə xəbər portalı deyil, həm də Prezident İlham Əliyevin siyasi kursunun, dövlətçilik fəlsəfəsinin və strateji vizyonunun ardıcıl şəkildə təhlil olunduğu analitik media platformasına çevirib.

Həmkarlarımızı 1 yaş münasibətilə təbrik edir, onlara bu geniş fəaliyyətlərində uğurlar arzu edirik!

Seçilən
24
21
metbuat.az

10Mənbələr