AZ

ABL: Quba Naxçıvan sınağına çıxacaq, günə autsayderlər yekun vuracaq

ain.az, Fanat saytına istinadən bildirir.

Azərbaycan Basketbol Liqasında 5-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun üçüncü günündə daha iki qarşılaşma baş tutacaq. 

Hər iki görüş Bakı İdman Sarayında olacaq.

Əvvəlcə B qrupunda yer alan "Naxçıvan" ilə "Quba" münasibətlərinə aydınlıq gətirəcəklər. İki-üçüncü yerlərdə qərarlaşan komandaların görüşü saat 14:00-da başlayacaq.

Bu duelin ardından A qrupunun autsayderləri NTD ilə "Neftçi" üz-üzə gələcəklər.

Qeyd edək ki, turun açılış oyununda "Ordu" "Lənkəran"ı səfərdə 91:76 hesabı ilə üstələyib. Dünən keçirilən görüşlərdə isə "Şəki" "Gəncə"ni 84:70, "Sumqayıt" isə "Sərhədçi"ni 84:80 hesabı ilə üstələyib. 

Azərbaycan Basketbol Liqası

5-ci tur

1 noyabr

14:00. "Naxçıvan" - "Quba"

Bakı. İdman Sarayı.

18:00. NTD - "Neftçi"

Bakı. İdman Sarayı.

Turun sabah bir oyunla yekun vurulacaq:

2 noyabr

18:00. "Abşeron Lions" - "Sabah"

Bakı. İdman Sarayı.

A qrupu

1. Sabah 4 4 0 +117 8

2. Abşeron Lions 4 4 0 +36 8

3. Şəki 5 2 3 -33 7

4. Gəncə 4 1 3 -30 5

5. Neftçi 3 1 2 +8 4

6. NTD 4 0 4 -98 4

B qrupu

1. Ordu 5 5 0 +100 10

2. Naxçıvan 4 3 1 +20 7

3. Lənkəran 5 2 3 -12 7

4. Quba 4 2 2 -11 6

5. Sərhədçi 5 1 4 -31 6

6. Sumqayıt 5 1 4 -66 6

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
fanat.az

3Mənbələr