Noyabrın 2-də Azərbaycanda hava şəraitinə dair proqnoz açıqlanıb.
Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, lakin gecəyə doğru bəzi yerlərdə yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz isə şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 11-15, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765-770 mm civə sütunu, nisbi rütubət isə 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağış və şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 5-10, gündüz 17-22 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
DOĞRU.AZ