ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Bu ilin sentyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 24 % artaraq – 8 milyard 898 milyon manat təşkil edib.
Xalqcebhesi.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 808 milyon manatı (87,8 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 086 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,4 %-ni təşkil edib.
Oktyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 368 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 % çox, ilin əvvəli ilə müqayisədə 7,4 %, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 15,6 % artaraq 19,252 milyon, kredit kartlarının sayı isə 6,9 % azalaraq 2,116 milyon olub. Sentyabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,575 milyard manat (illik müqayisədə 21,6 % çox) və 778 milyon manat (2,6 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,8 %, POS-terminalların sayı isə 56,5 % artaraq müvafiq olaraq 3 496 ədəd (Bakı üzrə 1 879 ədəd) və 161 915 ədəd (Bakı üzrə 100 040 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.