AZ

"Beşiktaş"ın məşqçisi dünyasını dəyişdi

"Beşiktaş"ın akademiyasında çalışan məşqçi Hikmet Çapanoğlu vəfat edib

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisinin U-17 komandasına rəhbərlik edən 49 yaşlı mütəxəssis infarkt səbəbindən dünyasını dəyişib.
 

Qeyd edək ki, "Beşiktaş"ın yetirməsi olan Hikmet Çapanoğlu futbolçu karyerası ərzində "Sakaryaspor", "Rizespor", "Diyarbakırspor", "Karabükspor", "Beveren"in də formasını geyinib.


O, Türkiyə U-18 millisində də oynayıb.

Bizim.Media

Seçilən
11
2
bizim.media

3Mənbələr