AZ

Vulin: Rusiyanı bizim əlimizlə vurmaq istəyirlər

BAKI, 1 noyabr. TELEQRAF

“Avropa İttifaqı Serbiyaya yuxarıdan aşağı baxır və ondan Rusiyaya zərbə vurmaq üçün istifadə etmək istəyir”.

Teleqraf xəbər verir ki, bunu Serbiya baş nazirinin keçmiş müavini Aleksandar Vulin deyib .

Vulinin iddiasına görə, Avropa İttifaqı sanksiyaların Rusiyaya zərər verməyəcəyini bildiyi halda Serbiyanın Moskvaya qarşı sanksiyalar tətbiq etməsini tələb edir.

“Avropa İttifaqı ölkələri bunun Serbiya iqtisadiyyatını məhv edəcəyini və Serbiya cəmiyyətində güclü parçalanmaya səbəb olacağını bilirlər. Amma bunun baş verməsini istəyirlər, çünki bu, Rusiyaya psixoloji ziyan vuracaq”, - baş nazirin keçmiş müavini vurğulayıb.

Seçilən
44
teleqraf.com

1Mənbələr