AZ

Ukrayna Almaniyanın vəd etdiyi Patriotları yaxın vaxtlarda qəbul edəcək

Yaxın günlərdə Ukrayna Almaniyanın vəd etdiyi iki “Patriot” zenit-raket kompleksini alacaq.

Turkustan.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Almaniyanın Ukraynaya yardım layihəsi məlumat yayıb.

"2025-ci il avqustun əvvəlində elan edilmiş və əsasən Danimarka, Litva və Norveç tərəfindən maliyyələşdirilən iki MIM-104 Patriot hava hücumundan müdafiə sistemlərinin Bundesver anbarlarından Ukraynaya çatdırılması yaxın günlərdə başa çatdırılmalıdır", - postda deyilir.

Vladimir Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib ki, Ukrayna və ABŞ 25 “Patriot” sisteminin tədarükü üçün müqavilə hazırlayır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
51
1
turkustan.az

2Mənbələr