AZ

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarda 2,36 milyon manatlıq təmir işləri görüləcək

BAKI, 1 noyabr. TELEQRAF

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və strukturan daxil olmayan, tabeliyindəki qurumların bina və tikililərində təmir işləri həyata keçiriləcək.

Teleqraf xəbər verir ki,müvafiq işlərin icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin "Tikinti-Təchziat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ( MMC) "S.H. İnşaat Xidməti" MMC ilə 2 milyon 363 min 695,32 manat dəyərində müqavilə imzalayıb.

Məlumat üçün bildirək ki, “S.H. İnşaat Xidməti” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manatdır. Qanuni təmsilçisi isə Heydərov Səməd İsmayıl oğludur.

Seçilən
40
teleqraf.com

1Mənbələr