AZ

Mbappe Arda Gülərlə bağlı elə sözlər dedi ki... 

“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniyanın məşhur “Marca” nəşrinə verdiyi müsahibədə Arda Gülərlə münasibətlərindən danışıb.

Musavat.com xəbər verir ki, fransız ulduz Arda haqqında bu sözləri deyib:

“Arda Gülər məni təəccübləndirmədi. O, çox istedadlı gənc bir futbolçudur. Hələ gəncdir, amma komandaya kömək etməyə hazırdır. Yaşına baxmayaraq, mövsümə təsirli bir başlanğıc edib. Bernabeuda azarkeşlərin sevdiyi sehrli bir toxunuşa malikdir. Tək arzum odur ki, bu cür davam etsin. Çünki o, bizim üçün çox vacib bir oyunçu ola bilər və mən onunla eyni meydanı paylaşmaqdan böyük məmnunluq duyuram”.

Musavat.com

Seçilən
0
33
musavat.com

10Mənbələr