AZ

Ronaldunun oğlu millidə ilk qolunuvurdu

Məşhur futbolçu Kriştianu Ronaldunun oğlu Junior Kriştianu Ronaldu Portuqaliyanın 16 yaşlardan ibarət yığmasında (U-16) ilk qolunu vurub.

Redaktor.az xəbər verir ki, 15 yaşlı futbolçu Uelslə oyuna start heyətində başlayıb və hesabı açıb. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb.

Junior Kriştianu bir müddət öncə Portuqaliyanın U-16 yığmasının heyətində türkiyəli həmyaşıdlarına qarşı matçda debüt edib. Onun matçın sonunda meydana çıxdığı qarşılaşmada Portuqaliya 2:0 hesabı ilə qələbə qazanıb.

Junior Kriştianu atasının oynadığı Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbol akademiyasında məşq edir.

Xatırladaq ki, Ronaldu və ailəsi 2023-cü ilin yanvar ayından ərəb ölkəsinə köçüblər.

Seçilən
16
2
redaktor.az

3Mənbələr