Bakı, 1 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Məzunlar Şəbəkəsinin yaradılmasına başlanılır.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Məzunlar Şəbəkəsi universitetin məzunlarını bir araya gətirmək, onlar arasında əlaqələri gücləndirmək və gələcəkdə birgə əməkdaşlığı təşviq etmək məqsədilə yaradılır. BDU-nun ən böyük uğuru məzunlarının qazandıqları nailiyyətlər, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələrdir.
BDU məzunlarını qeydiyyatdan keçməklə Məzunlar Şəbəkəsinə qoşulmağa dəvət edir.