AZ

Premyer Liqa: “Neftçi” “Kəpəz”i darmadağın etdi

Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Publika.az xəbər verir ki, “Palms Sport Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi oyunda hesabı 19-cu dəqiqədə “Neftçi”nin kapitanı Emin Mahmudov açıb. Dörd dəqiqə sonra ulduz futbolçu Vensan Abubakar fərqi artırıb. Görüşün 74-cü dəqiqəsində Bassala Sambu üçüncü qolu vurub. Üç dəqiqə sonra isə qonaqlardan Sadiq Şəfiyev hesab arasındakı fərqi azaldıb. Matçın 86-cı dəqiqəsində isə Bassala Sambu “dubl” edib. 90+1-ci dəqiqədə isə Freddi Varqas brşinci qolu vurub.

Bu nəticədən sonra Samir Abasovun komandası xallarını 15-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Aktivində 3 xal olan Azər Bağırovun kollektivi isə sonuncu pillədə qərarlaşıb.

Seçilən
28
1
publika.az

2Mənbələr