AZ

Cared Bouven “Tottenhem”in transfer hədəfində

“Tottenhem” rəhbərliyi “Vest Hem”in əsas hücumçusu Cared Bouveni heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, “365 Scores” nəşrinin məlumatına görə, “Tottenhem” 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə üzərində işləyir.

“Vest Hem” isə 28 yaşlı futbolçunun transferi üçün 60 milyon avro tələb edib.

Bouven son mövsümlərdə Premyer Liqanın ən stabil çıxış edən ingilis futbolçularından biri kimi tanınır. O, bu mövsüm də komandası üçün vacib qollar vuraraq liderlik keyfiyyətlərini nümayiş etdirib.

Əgər tərəflər razılığa gələrsə, bu keçid “Tottenhem”in hücum xəttini ciddi şəkildə gücləndirəcək.

Seçilən
27
1
fanat.az

2Mənbələr