AZ

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

Bakı. Trend:

"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasınınpley-off mərhələsinə vəsiqə qazanıb.

Trend xəbər verirki, Naxçıvan təmsilçisi 7-ci qrupdakı son oyununda Niderlandçempionu "Tigers Roermond"u 3:2 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində 7 xal toplayan "Araz-Naxçıvan" qrup lideriolaraq növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyikomanda turnirdəki ilk matçında yarışın təşkilatçısı olanRumıniyanın "Yunayted Qalati" klubuna 2:1 hesabı ilə qalib gəlib,ikinci görüşdə isə Lüksemburq təmsilçisi "Differdanje 03" ilə 2:2hesablı heç-heçə edib.

Seçilən
71
5
az.trend.az

3Mənbələr