İran Avstriyaya birbaşa uçuşları bərpa edir.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Tehran tərəfi bəyan edib ki, Vyanaya İsraillə münaqişə səbəbindən dayandırılan reyslər noyabrın 12-də bərpa olunacaq. Onları Avstriya Hava Yolları həyata keçirəcək. "Lufthansa" da iki ay ərzində Almaniyanın Frankfurt şəhərinə uçuşlara başlayacaq.