AZ

"Türkiyə Bakı-İrəvan sülhünə fəal töhfə verir" - Nazir

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyənin mühüm rolunu qeyd edib.

"Unikal" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Diplomat Türkiyənin Cənubi Qafqazda sabitliyin qorunmasına mühüm töhfə verdiyini vurğulayıb.

"Keçən həftə mən Azərbaycanda oldum. Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin möhkəmlənməsinə, həmçinin strateji ticarət dəhlizlərinin inkişafına fəal töhfə verir. 

"Biz Ankara ilə həm ikitərəfli, həm də müxtəlif regional formatlarda sıx əməkdaşlıq edirik", - Tsaxna bildirib.

Ağarza Elçinoğlu 

Seçilən
61
50
unikal.az

10Mənbələr