Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
Arena.az xəbər verir ki, təmsilçimiz sonuncu turda Niderland çempionu “Tigers Roermond”la qarşılaşıb.
3:2 hesabı ilə qələbə qazanan Azərbaycan çempionu qrup mərhələsini 7 xalla lider kimi başa vurub və ÇL-in 1/8 finalına vəsiqə qazanıb. Bu mərhələnin püşkü noyabrın 6-da, oyunlar isə noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.
Xatırladaq ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” kollektivini məğlub etmişdi – 2:1. Komandamız daha sonra Lüksemburq çempionu “Differdanj”la heç-heçə etmişdi – 2:2.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, 7-ci qrup
1 noyabr
Tigers Roermond – Araz-Naxçıvan 2:3
Qollar: Sofian Çarraui, 18:54; 25:24 – Valerio Covanni, 10:24; 39:10. Jan Perruzo, 29:51.
Hakimlər: Viktor Çaix (Fransa), Aslan Qalayev (Qazaxıstan), İrmantas Kapraşovas (Litva).
Timekiper: Laurentiu Deakonu (Rumıniya).
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya).
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro).
“Sala Sporturilor Dunarea”. Saat 18:00.
Tigers Roermond: 1. Manuel Kuyk, 7. Sofian Borite, 9. İsak Belhac, 99. Ayyub Tamux, 90. Bram Meyers, 4. Ait Daxuç, 8. Sofian Çarraui, 11. Taufik Çadli, 14. Mrabet-Elued, 17. Əl-Amiri, 23. Laçen Buyuzan.
Baş məşqçi: Hicam Ben Hammu.
Araz-Naxçıvan: 1. Emin Kürdov (k), 7. Yaqo Henrike, 8. Ülvi Əliyev, 29. Luicci Lonqo, 49. Valerio Covanni, 12. Rövşən Hüseynli, 3. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 10. Jan Perruzo, 15. Aleks Teyşeyra, 20. Ədalət Ələkbərov, 21. Filipinyo, 98. Karlos Bertula.
Baş məşqçi: Yevgeni Kukseviç.

