AZ

Tramp Ağ Evdə Əhməd əl Şaraanı qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya keçid dövrü prezidenti Əhməd əl-Şaraanı qəbul edəcək.

APA xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Axios portalına açıqlamasında təsdiqləyib.

Məlumata görə, Əhməd əl Şaraa Vaşinqtona səfəri zamanı Suriya tərəfinin ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya” qoşulmasını nəzərdə tutan sənədləri imzalayacağı gözlənilir.

Portal qeyd edir ki, bu, Suriyanın prezidentinin Ağ Evə ilk rəsmi səfəri olacaq.

Seçilən
9
14
apa.az

10Mənbələr