AZ

“Strasburq”un qol maşını “Çelsi”nin maraq dairəsində

“Çelsi” Fransanın “Strasburq” klubunda çıxış edən gənc hücumçu Xoakin Paniçellini transfer siyahısına əlavə edib.

Fanat.Az xəbər verir ki, Paniçelli bu mövsüm Liqa 1-də parlaq çıxışı ilə diqqət çəkib. O, indiyədək 10 matçda 9 qol vuraraq “Strasburq”un əsas qol ümidi olub. Gənc hücumçunun sürəti, bitiriciliyi və oyun intellekti “Çelsi” skautlarının diqqətini cəlb edib.

London klubu qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır və Panicelli bu istiqamətdə əsas namizədlərdən biri sayılır. “Strasburq” isə futbolçusunu yalnız sərfəli təklif olduğu təqdirdə buraxmaq niyyətindədir.

Seçilən
16
fanat.az

1Mənbələr