AZ

Cənubi Tirolda qar uçqunu nəticəsində beş alman alpinist həlak olub

Berlin, 2 noyabr, AZƏRTAC

İtaliyanın Cənubi Tirol bölgəsində baş verən qar uçqunu nəticəsində beş alman alpinist həlak olub.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, yerli dağ-xilasetmə xidmətinin məlumatına görə, itkin düşənlərdən üç nəfərin - iki kişi və bir qadının cəsədləri artıq tapılaraq çıxarılıb.

Hadisə 3500 metr hündürlükdə yerləşən Vertain zirvəsi yaxınlığında baş verib. İki qrup halında hərəkət edən alpinistlərdən birinci qrupun üç üzvü tamamilə qar altında qalıb, ikinci qrupdan isə iki nəfər xilas ola bilib.

Axtarışlara helikopter, dronlar və xilasedicilərlə yanaşı, polis və yanğınsöndürmə xidməti də cəlb olunub.

Qeyd edək ki, Cənubi Tirol alman turistlər arasında ən çox sevilən dağ yürüşü bölgələrindən biridir.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
76
4
azertag.az

5Mənbələr