Misli premyer-liqasının 10-cu turunda “Neftçi” “Kəpəz”i darmadağın etdi - 5:1.
“Football-plus.az” xəbər verir ki, Samir Abasov media önünə çıxıb.
- Mövsümdə ən rahat qələbənizi qazandığınızı deyə bilərik? Abubakar haqqında fikirləriniz?
- Abubakarın böyük rolu var. Təcrübəsi, klası bəllidi. Biz bütün oyunlarda istəkli idik. Bu mətbuat konfransını bir futbolçuya həsr edib digərlərini kölgəyə salmaq istəmirəm.
- Qarşıda “Qarabağ”la derbi var. Müdafiələrində də boşluq görünür…
- Heç bir boşluq yoxdu. “Qarabağ”a, Qurbana uğurlar arzu edirik. Həmişə onların yanındayıq. Derbi də maraqlı olacaq. İnanıram ki, hər iki komanda derbiyə layiq oynayacaq.
- Oyunla bağlı narazı qaldığınız məqam oldu?
- Ötürmə, driblinq keyfiyyəti bir az aşağı oldu. Amma qələbədi deyə göz yumursan.
- Faraj sanki çox topla oynadı.
- Sualın cavabıdı. Aşırı epizoda köklənirdilər. Təkmilləşdirmək istəyirik. Daha yaxşı edə bilərdik, alınmadı.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta