Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kilian Mbappe “Real Madrid” tarixində ardıcıl səkkiz La Liqa oyununda qol vuran üçüncü oyunçu olub.
İdman.Biz bildirir ki, hücumçu “Valensiya”ya qarşı oyunda iki qol vurub.
Fransalı futbolçu bundan əvvəl “Barselona”, “Xetafe”, “Vilyarreal”, “Atletiko Madrid”, “Levante”, “Espanyol” və “Sosyedad”ın qapısına qol vurub.
“Real Madrid”də yalnız Kriştiano Ronaldo (10) və Ferens Puşkaş (8) ardıcıl səkkiz La Liqa oyununda qol vurublar.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.