AZ

Boranının sağlamlığa xeyirləri

Mütəxəssislərin sözlərinə görə, boranı həm dadına, həm də tərkibinə görə ən faydalı tərəvəzlərdən biridir.Metbuat.az xəbər verir ki, onun tərkibində olan dəmir, A, C və K vitaminləri orqanizmi bir çox xəstəliklərdən qoruyur. Boranı qan azlığına qarşı təsirli vasitə sayılır, çünki qanın tərkibini gücləndirir və immun sistemini möhkəmləndirir. Həmçinin orqanizmdəki zərərli toksinlərin atılmasına kömək edir, qaraciyər və böyrəklərin fəaliyyətini yaxşılaşdırır.Bu tərəvəz ürək-damar sağlamlığı üçün də faydalıdır. Xolesterinin səviyyəsini aşağı salır, təzyiqi tənzimləyir və damarları möhkəmləndirir. Liflə zəngin olduğuna görə boranı həm də həzm sistemini tənzimləyir, qəbizliyin qarşısını alır.

Mütəxəssislər boranını həftədə bir neçə dəfə yeməkdə istifadə etməyi tövsiyə edir. Həm bişmiş, həm də qızardılmış formada qəbul edilə bilər. Sağlam qalmaq istəyənlər üçün boranı təbii və faydalı seçimdir.

Seçilən
5
1
metbuat.az

2Mənbələr