AZ

Məşhur rejissor vəfat etdi

Məşhur britaniyalı rejissor və Oskar mükafatı laureatı Piter Uotkins 91 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilir ki, rejissor 30 oktyabrda son 25 ilini yaşadığı Fransanın Burqenuf kommunasındakı xəstəxanada vəfat edib.

Uotkins 1967-ci ildə Böyük Britaniyaya nüvə hücumu mövzusunda çəkdiyi “Müharibə Oyunu” sənədli filmi ilə “Oskar” mükafatına layiq görülüb. Daha sonra BBC ilə fikir ayrılığı yaşayan rejissor karyerasını xaricdə davam etdirməyə məcbur olub.

Seçilən
13
1
publika.az

2Mənbələr