AZ

ABŞ narkotik ticarəti üçün istifadə edilən qayığı məhv edib

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Karib dənizində narkotik ticarəti üçün istifadə edilən gəmini məhv edib."Report"un məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkə hesabında məlumat verib.Heqsetin sözlərinə görə, narkotiklər ABŞ hakimiyyəti tərəfindən terror təşkilatı hesab edilən təşkilatın üzvləri tərəfindən daşınıb. Təşkilatın adı isə açıqlanmayıb. Pentaqon rəhbəri bəyan edib ki, beynəlxalq sularda baş verən zərbə zamanı qayıqda olan üç nəfərdə ölüb.Heqset Cənubi Amerikada fəaliyyət göstərən və ABŞ-yə narkotik keçirən narkokartelləri "Əl-Qaidə" terror qruplaşması ilə müqayisə edib:"ABŞ ordusu onlarla eyni şəkildə "Əl-Qaidə" ilə məşğul olduğumuz kimi davranacaq. Biz onları izləməyə, tapmağa, ovlamağa və öldürməyə davam edəcəyik", o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
4
demokrat.az

5Mənbələr