AZ

KİV: Rusiya qüvvələri Pokrovsk istiqamətində irəliləyir

BAKI, 2 noyabr. TELEQRAF

Rusiya ordusunun bölmələri son həftələrdə strateji əhəmiyyətli Pokrovsk şəhərinə daxil olub və Ukrayna qüvvələrinin təminat yollarını bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi Ukrayna xüsusi təyinatlılarının şəhərin şimal-qərbində helikopterlə eniş etdiyini, lakin 11 hərbçinin həlak olduğunu açıqlayıb. Ukrayna kəşfiyyatı bu məlumatı təkzib edib və vəziyyətin Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun nəzarətində sabitləşdirildiyini bildirib.

Ukrayna hərbçiləri “Qara Qartal” adlı əməliyyatın başladığını təsdiqləyib. Onların sözlərinə görə, rus qoşunları şəhəri tam mühasirəyə almayıb. General Oleksandr Sırski isə Pokrovsk və Mirnohradın “nə mühasirədə, nə də blokadada olmadığını” deyib.

Rusiya Müdafiə Nazirliyi Pokrovskda “Ukrayna qüvvələrinin məhv edilməsinin davam etdiyini” və “mühasirə halqasının daraldığını” iddia edib. "CNN" yazır ki, Pokrovskun ələ keçirilməsi rus ordusunun 2023-cü ilin mayında Baxmutu tutmasından sonra ən böyük qələbəsi ola bilər.

Seçilən
30
teleqraf.com

1Mənbələr