AZ

Region çalxalanır: İrana qurudan hücum ola bilər – BU İSTİQAMƏTDƏ

İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın siyasətçi Nizaməddin Musəvi bəyan edib ki, İraqda baş verən son hadisələr Tehrana qurudan hücuma zəmin yarada bilər.

NOCOMMENT.az globalinfo-ya istinadla xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı yazıb.

Suriyanın süqutu İrana hava hücumuna, İraqın süqutu isə Tehrana qurudan müdaxiləyə səbəb ola bilər”, – o qeyd edib.

Musəvinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İraqa yeni təyin olunmuş xüsusi nümayəndəsi Savaya Həşdi-Şabi qruplaşmasının ləğvini tələb edib.

Bu layihənin nəticəsi Suriya modelinin İraqda müxalifət ünsürləri vasitəsilə həyata keçirilməsi olacaq“, – siyasətçi vurğulayıb.

Son vaxtlar İran rəsmiləri tərəfindən yeni müharibə ilə bağlı deyilənlər və N.Musəvinin bu açıqlaması regionda gərginliyi artırıb.

Qeyd edək ki, Həşdi-Şabi İraqın şiə yarımhərbi təşkilatıdır və tamamilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarətindədir. 2014-cü ildə yaradılan təşkilat təxminən 200 min döyüşçüdən ibarət müxtəlif silahlı qrupların çətir təşkilatıdır.

Seçilən
13
4
nocomment.az

5Mənbələr