AZ

Məşhur həkim: “Qəbrimizi çəngəl bıçaqla qazırıq” XƏBƏRDARLIQ

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İnsanlar pəhrizlərinə daha çox diqqət yetirməlidir, çünki bu, onların həyat keyfiyyətinə və ömür uzunluğuna təsir göstərir.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri "Rossiya 1" kanalında yayımlanan "Ən vacib şey haqqında" verilişində çıxış edən həkim və televiziya aparıcısı Aleksandr Myasnikov deyib.

Həkim bildirib ki, insan öz qəbrini qaşıq və çəngəllə qazır:

“Bu, doğru fikirdir. Mağazadan alınmış bifşteks və emal olunmuş qidalar yeyirsinizsə, heç bir brokoli sizə kömək etməyəcək".

O əlavə edib ki, insanın pəhrizi əsasən tam qidalardan ibarət olmalıdır. Myasnikov, həmçinin insanları evdə daha çox yemək bişirməyə çağırıb.

Eyni zamanda, həkim vurğulayıb ki, bəzən şirniyyat və ya kolbasa kimi sağlamlıq faydası olmayan qidalarla qidalanmaq olar:

"Zərərli qida və ya sağlam qida kimi bir şey yoxdur. Sağlam pəhriz və sağlam olmayan pəhriz var. Hər şeyin  azı yaxşıdır”.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr