AZ

Zaqatalada tanışlarını ölümcül döyməkdə şübhəli bilinən daha bir nəfər saxlanıldı

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Oktyabr ayının ortalarında Zaqatalada iki nəfər tanışlarını ölümcül döyərək xəstəxanalıq etmişdi.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən daha biri - 34 yaşlı Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılmışdı.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
6
yeniazerbaycan.com

10Mənbələr