AZ

Qatarda kütləvi bıçaqlanma: 10 nəfər yaralandı

İngiltərənin Kembricşir qraflığında qatar daxilində kütləvi bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az “Sky News”a istinadla xəbər verir ki, hadisə nəticəsində on nəfərin həyati təhlükəli xəsarətlər aldığı bildirilir. Kembricşir Polisi iki nəfərin saxlanıldığını təsdiqləyib. Hadisə “Donkaster–London King’s Cross” istiqamətində hərəkət edən qatarda baş verib. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Baş nazir Kir Starmer hadisəni dəhşətli və narahatedici insident adlandırıb. Hadisə ilə bağlı istintaq davam edir.

Seçilən
14
3
avtosfer.az

4Mənbələr