AZ

Azərbaycan şahmat millisi reytinqdə bir pillə geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yenilənmiş milli yığmaların reytinq cədvəlini açıqlayıb.

İdman.Biz-in məlumatına görə, siyahı hər ölkənin ən güclü on şahmatçısının orta göstəricisinə əsasən tərtib olunur.

Azərbaycanın kişi şahmat yığmasının orta reytinqi 2625 xal təşkil edir. Bu nəticə ilə komandamız bir pillə geriləyərək 8-ci yerə düşüb.

Qadınlardan ibarət millimiz isə əvvəlki mövqeyini qoruyub – 2299 xalla 11-ci yerdə qərarlaşıb.

Kişilər arasında ABŞ (2729 xal), qadınlar arasında isə Çin (2496 xal) liderliyini davam etdirir.

İdman.Biz

Seçilən
36
1
idman.biz

2Mənbələr