AZ

İranın mühüm zabitləri öldürüldü

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri öldürülüb.

Azreform.info bu barədə "Azad İran" "Telegram" kanalına istinadən məlumat verir.

Qeyd olunub ki, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında SEPAH-ın iki üzvü olan avtomobilə silahlı hücum edilib. Nəticədə hər iki şəxs - SEPAH-ın Bəsic təşkilatının iki üzvü: Məhəmmədrza Şahuzi və İsmail Şahuzi həlak olub.

Məlumata görə, hücum mühafizə olunan ərazidə patrul zamanı baş verib.

Seçilən
2
4
azreform.info

5Mənbələr