AZ

Ançelotti cari mövsüm Çempionlar Liqasının əsas favoritlərini açıqlayıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti cari mövsüm Çempionlar Liqasını qazanmaq şansları ən yüksək olan komandalar barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis "Tuttosport" nəşrinə açıqlamasında əsas üç komandanın adını çəkib.

“Bu turnirdə hər zaman favoritlər var - Madrid “Real”ı, PSJ, “Mançester Siti” və “Bavariya” klubları. İlk turlarda çoxsaylı qolların vurulduğu və gözlənilməz nəticələrin qeydə alındığı oyunlar izlədik. Bu da bəzən marağı azaldır. Qrup mərhələsinin genişləndirilməsi turniri daha cəlbedici etmək məqsədi daşıyır və bunu qəbul etməliyik”, - deyə Ançelotti bildirib.

Əsas mərhələnin üç turundan sonra PSJ və Bavariya 9 xalla liderlik edir, "Real" 9 xalla beşinci, "Mançester Siti" isə 7 xalla yeddinci pillədə qərarlaşıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
icma.az

2Mənbələr