AZ

Belarus səfiri: Qarabağa yeddinci səfərimdir, burada yaşayış yerlərinin ətrafında yeni iş yerləri açılır

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu mənim Qarabağa yeddinci səfərimdir. Buraya hər səfərimdə Azərbaycan xalqı adından qürur hissi keçirirəm".

Bunu Baku TV-yə açıqlamasında Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç deyib.

"Əvvəla ona görə ki, işğal olunmuş ərazilər artıq azad olunub. İkincisi isə burada aparılan işlərə görə. Sakinlərin öz doğma yurdlarına qayıtması, Böyük Qayıdış üçün layihələr həyata keçirilir. Yaşayış yerlərinin ətrafında yeni iş yerləri açılır. Görülən işlər gələcək nəsillərin rifahı, burada əsrlərlə yaşamaqları üçündür. Hazırda Zəngəzur dəhlizində olmaq tranzit ölkə üçün simvolik olaraq çox vacibdir. Belarus da tranzit ölkədir və bu kimi bir çox məsələlərdə oxşarlıqlarımız var. Həmçinin nəqliyyat dəhlizi ilə bağlı ortaq layihələrimiz də var", - deyə o bildirib.

Daha ətraflı videomaterialda:

Belarus səfiri: "Qarabağa yeddinci səfərimdir, burada yaşayış yerlərinin ətrafında yeni iş yerləri açılır"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
5
oxu.az

6Mənbələr