AZ

Türkiyəli partiya sədri Ağdam Şəhidlər Xiyabınını ziyarət etdi FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və onunla birgə olan heyət, Ağdam şəhərində 1-ci Qarabağ müharibəsi və Xocalı soyqırımında şəhid olan soydaşlarımızın məzarlarını ziyarət edib.

Ziyarət zamanı “Aşr-ı Şerif” oxuyan Destici, şəhidlər üçün dua edib.

Bu barədə açıqlama verən Destici bildirib:

“Türk dünyasının ortaq taleyini bir daha şəhidlərimizlə hiss etdik. Qarabağ, Türkün öz yurdudur. Bu torpaqlarda can verən əziz qardaşlarımızı rəhmətlə anırıq.”

Destici, Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinə xüsusi vurğu edərək, “Biz iki ayrı dövlət olsaq da, bir millətik. Bu birlik və bərabərlik, əziz şəhidlərimizin xatirəsi üzərində qurulub” ifadələrini işlətdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
5
cebheinfo.az

9Mənbələr