AZ

“Norris və Piastri artıq Verstappenlə eyni səviyyədə mübarizə aparır”

“Formula-1” üzrə keçmiş komanda rəhbəri Otmar Zafnauer 2025-ci il mövsümündə “Maklaren” pilotları Oskar Piastri və Lando Norrisin “Red Bull” sürücüsü, dördqat dünya çempionu Maks Verstappenlə mübarizəsini dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, "Racingnews365" Zafnauerin dediklərini belə çatdırıb.

“Mən ‘Maklaren’ sürücüsünə üstünlük verərdim, baxmayaraq ki, Maks hələ də pəlotonda ən güclüdür. Kənardan baxanda görünür ki, mövsümün əvvəlində Lando bəlkə də çox gərginlik hiss edirdi, çünki Oskar onun üçün ötən ilə nisbətən daha ciddi rəqibə çevrilmişdi. İndi Norris buna adaptasiya olub və yenidən öz səviyyəsində çıxış edir. Onun Meksikadakı qələbəsi kifayət qədər inandırıcı idi. Yarışda rəqabət çox sıxdır”

Mütəxəssis əlavə edib ki, yarışda baş verən hadisələr fərqli istiqamət ala bilərdi:

“Əgər virtual təhlükəsizlik avtomobili olmasaydı, Maks, yəqin ki, Lekleri keçməyə cəhd edərdi. Eyni zamanda Oskar da Bermanı ötməyə çalışardı, amma Maks daha çox riskə gedərdi, Oskar isə daha ehtiyatlı davranardı. Əgər toqquşsaydılar, hər ikisi xal itirərdi. Bu baş vermədi və indi mübarizə olduqca gərgindir.”

Seçilən
51
90deqiqe.az

1Mənbələr