AZ

Qaradağın deputatı icra hakimiyyətindəki həbslərdən DANIŞDI

Mən 1988-ci ildən Qaradağ rayonunda fəaliyyət göstərirəm. Həm rayon əhalisi ilə kifayət qədər münasibətlərimiz var, həm də icra strukturları ilə əlaqələrimiz idarəçilik prinsiplərinə əsaslanır. O ki qaldı, seçicilərin müraciətlərinə onların çoxsəpkili müraciətləri bizə daxil olur. Məsuliyyətə cəlb olunduqları məsələlərlə bağlı şikayətlər isə hüquq-mühafizə orqanlarına aiddir və görünür ki, ora müraciət olunub. Çox güman ki, bu məsələ də həllini hüquqi müstəvidə tapacaq. 

 

Bunu Modern.az-a 37 saylı Qaradağ seçki dairəsinin deputatı Aydın Hüseynov Qaradağ Rayon İcra Hakimiyyətində aparılan yoxlamalar və icra hakimiyyətinin nümayəndələrinin həbsi ilə bağlı açıqlaması zamanı bildirib.

 

“Mən həmin rayonun deputatıyam və uzun müddətdir ki, orada yaşayıram. Digər deputat həmkarlarım kimi biz də rayonda fəaliyyətimizi qurmuşuq. Bu prosesləri qeybət səviyyəsinə endirib hər hansı kiçik spekulyasiyasını aparmaq istəmirəm. Açığı, təəssüf hissi keçirirəm ki, uzun müddət fəaliyyət göstərdiyim, təmsil etdiyim rayonda belə bir hadisə baş verib”, – deyə Aydın Hüseynov bildirib.

Seçilən
20
2
modern.az

3Mənbələr