AZ

Rusiya bir həftədə Ukraynaya 1500-ə yaxın dron atdı

Rusiya demək olar ki, hər gecə Ukraynaya müxtəlif növ silahlarla zərbələr endirir. Cəmi bir həftə ərzində yaşayış binalarını və enerji infrastrukturunu hədəf alan mindən çox kamikadze dron, yüzlərlə hava bombası və onlarla raket qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib.

"Dünən gecədən etibarən Dnepr, Zaporojya, Xarkov, Çerniqov və Odessaya zərbələr endirilir. Təəssüf ki, həlak olanlar və yaralananlar var. Bu hücumlarda həlak olanların hamısına yaxınlarına başsağlığı verirəm",- deyə Zelenski əlavə edib.

Prezident qeyd edib ki, Rusiya təkcə bu həftə Ukraynada insanlara zərbələr endirmək üçün 1500-ə yaxın dron, 1170 idarə olunan hava bombası və 70-dən çox müxtəlif tipli raketdən istifadə edib. Yaşayış binalarına və mülki infrastruktura zərbələr, enerji sektorunda çoxsaylı terror aktları qeydə alınıb.

Seçilən
25
8
publika.az

9Mənbələr