AZ

Pezeşkian: Nüvə obyektlərini yenidən və daha böyük güclə quracağıq

"İranın nüvə fəaliyyəti tamamilə dinc məqsədlərə yönəlib".

Turkustan.az xəbər verir bunu İran Prezidenti Məsud Pezeşkian ölkənin nüvə sənayesinin yüksək vəzifəli rəhbərləri ilə görüşdə deyib.

O bildirib ki, İranın bütün nüvə fəaliyyəti dinc məqsədlərə xidmət edir və xalqın rifahının yaxşılaşdırılmasına yönəlib:

"Bizim nüvə fəaliyyətlərimiz tamamilə dinc xarakter daşıyır, məqsədimiz xalqımızın problemlərinin həlli və qeyri-hərbi sahələrdə inkişafın təmin edilməsidir. Düşmənlər çalışırlar ki, guya İran nüvə silahı hazırlayır kimi yanlış təəssürat yaratsınlar. Halbuki, Ali Rəhbərin fətvasına əsasən, nüvə bombasının hazırlanması və istifadəsi haram sayılır".

Pezeşkian əlavə edib ki, İran alimlərinin elmi bilik və təcrübəsi sayəsində nüvə sənayesinin inkişafı davam edəcək:

“Elm bizim alimlərimizin beynindədir. Binaların və zavodların dağıdılması bizi dayandıra bilməz. Biz nüvə obyektlərimizi yenidən və daha böyük güclə inşa edəcəyik.”

Prezident bildirib ki, nüvə sənayesinin genişləndirilməsi silah istehsalına deyil, xalqın rifahına və milli inkişafın təmin edilməsinə xidmət edir./teleqraf

Seçilən
2
19
turkustan.az

10Mənbələr